Məktəbimizin direktoru təltif olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə təltif olunub.
Məktəb-liseyin direktoru Lətifə Əzimova və məktəbimizin fizika müəllimi Cəmilə İbrahimova "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi “ döş nişanı ilə təltif olunub.