27 sentyabr - Anım Günü

27 sentyabr 2020-ci il...Bütün Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan bir gün..
O gün ki, bütün xalqımız silaha sarılaraq vətənin müdafiəsinə qalxdı.
O gün ki, xalq 30 il həsrətlə gözləyirdi
O gün ki, xalqımız”Qalib Azərbaycan xalqı” adı qazandı.
Tarixdə müharibənin başlanmasına heç bir xalq sevinməyib,onu gülə gülə qarşılamayıb.Amma biz müharibəni gülə - gülə qarşıladıq. Elə məktəbimizin məzunları olmuş və adını fəxrlə daşıdığımız Milli Qəhrəman Ərəstun Mahmudov kimi , öz qəhrəmanlığı ilə yaddaşlara həkk olunmuş Alı Həsənli kimi.
Biz öz torpaqlarımızı azad etməliydik. 44 günlük vətən müharibəsində biz tarix yazdıq.