" Biliyini paylaş " layihəsinin iştirakçıları təltif olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Biliyini paylaş” layihəsinin iştirakçıları mükafatlandırılıb.
Mükafatlandırma tədbirində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, layihənin iştirakçısı olan mentor müəllimlər iştirak ediblər.
220 nömrəli məktəb liseyin 5 müəllimi Ofeliya Qafarova, Firdanə Məmmədova, Fidan Əliyeva , Mətanət Abdullayeva, Gülyana Özcan diplomlarla mükafatlandırılıb.