1H sinfi Şəhidlər Xiyabanını ziyarət etdilər

14.01.2017-ci il tarixində məktəbin 1H sinfinin müəllimi Məmmədova Firdanə şagirdlərini 20 Yanvar hadisələrinin 27-ci il dönümü ilə əlaqədar Şəhidlər Xiyabanına apardı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Firdanə müəllimə şagirdlərdə vətənpərvərlik hissinin aşılanması məqsədilə o dəhşətli gecədə baş verən hadisələr haqqında uşaqlara geniş məlumat verdi. Şagirdlər şəhidlərin məzarları önündə vətənpərvərliyə, şəhidliyə həsr olunmuş şeirlər söylədilər. Daha sonra Fəxri Xiyabana gedərək ölməz liderimiz Heydər Əliyevin məzarı ziyarət edildi. Bu dahi şəxsiyyətin həyat yolu haqqında şagirdlər məlumatlandırıldılar. Hər iki xiyabanda şagirdlər məzarları qərənfillərlə bəzədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi