"Bir olaq, həmrəy olaq!" adlı şeir müsabiqəsi keçirildi

28.12.2016-cı il tarixində ibtidai sinif müəllimi Quliyeva Gülnarə 2d sinfi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "Bir olaq, həmrəy olaq!" adlı şeir müsabiqəsi keçirildi. Müsabiqə milli vətənpərvərlik mövzusunda hazırlanmışdı. Müsabiqədə vətənə, şəhidlərə, igidliyə, Azərbaycanın gözəlliyinə həsr olunmuş şeirlər səsləndirildi. Üç rəngli bayrağın şagirdlər tərəfindən sinfə gətirilməsi münsiflər tərəfindən yüksək qiymətləndirildi. Həsənov Ömər milli qəhrəmanımız Mübariz İbrahimova həsr olunmuş şeir səsləndirdi. Müsabiqədə şeirlərlə yanaşı Vaqif poemasından bir hissə səhnələşdirilmişdi. “Sarı gəlin” mahnısını oxuyan İsmayılov Əlinağı münsiflər tərəfindən fərqlənmə ilə təltif olundu. Babayev Səid, Cəfərli Əli, Əliyev Yusif tamaşanı bacarıqla səhnələşdirdilər. Əsgərova Gülayın rəqsi şən əhval-ruhiyyə yaratdı. Müsabiqənin sonunda oxunan "Yaşa mənim xalqım" mahnısı bir daha şagirdləri həmrəyliyə, birliyə səslədi. Münsiflər heyətində məktəbin direktoru Ağayeva Nərminə, direktor müavini Rzayeva Zeynəb, ibtidai sinif müəllimləri Behbudova Həqiqət, Əsgərova Həqiqət, Hüseynova Gülnarə, Quliyeva Fəridə, Əzizova Nailə əyləşmişdilər. Belə tədbirlərin keçirilməsi şagirdlərə vətənpərvərlik ruhunun aşılanmasında böyük rol oynayır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi