“Dünyada ən böyük dərs” layihəsi çərçivəsində açıq dərs keçirildi

“Dünyada ən böyük dərs” – BMT tərəfindən qəbul edilən 17 qlobal davamlı inkişaf məqsədlərinə həsr olunan birgə təhsil layihəsidir. Bu layihənin keçirilməsində məqsəd ətraf mühitin çirklənməsinin planetimizə və həyatımıza təsirini şagirdlərə çatdırmaqdır. Məktəbimizin biologiya müəllimi Məhərrəmova Aynurənin 8y sinfində keçirdiyi bu layihədə şagirdlər Azərbaycanın qlobal problemlərini, müəyyən çirklənmə növünün səbəblərini araşdırmış, qarşısını almaq yollarını axtarmışlar. Hətta şagirdlər “ekoloji terror” mövzusuna toxunmuş, işğal altında olan torpaqlarımızdakı dağıdılmış tarixi abidələr, yasaqlıqlar, meşələr haqqında məlumatlar vermişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi