“Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə tədbir keçirildi

22.12.2016-cı il tarixində məktəbin kiitabxanasında “Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə tədbir keçirildi. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Mürsəlova Nərminə, İsgəndərova Yeganə, kitabxana müdiri Həsənova Bənövşə və kitabxanaçı Hüseynova Məhəbbət iştirak etdilər. Tədbiri H. Məhəbbət açdı. O, dünya azərbaycanlılarının həmrəylik gününün qeyd olunmasından, onun tarixindən qısa məlumat verdi. Sonra məktəbin müəllimi Mürsəlova Nərminə 70-dən çox ölkəsində 50 milyondan artıq azərbaycanlıların yaşamasından, dünyanın harasında qərar tutmasından asılı olmayaraq vətənini sevməsindən, milli həmrəy olmasından danışdı. Şagirdlərdən Əhmədzadə Emil, Zeynalova Fatimə, Behbudova Sevinc, Kərimli Mülayim və başqaları müxtəlif şeirlər söylədilər. “Həmrəylik himni”nin səadaları altında şagirdlər öz fikir və düşüncələrini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi