Nobel qardaşlarının ev muzeyinə səfər

OCEP layihəsi çərçivəsində 220 nömrəli məktəb lisey  İsveç və Azərbaycanın tarixi əməkdaşlığını Nobel Qardaşlarının mirasını öyrənməklə başladı. 
Məktəbin direktoru Lətifə Əzimovanın rəhbərliyi ilə 8 x sinfi Ağ Şəhərdə yerləşən Nobel Qardaşlarının vaxtı ilə yaşadığı ev muzeyinə səfər etdilər. 
Bakı Nobel İrsi Fondunun direktoru Fuad müəllim şagird və müəllimlərimizə Nobel qardaşlarını irsi və tarixi haqqında ətraflı məlumat verdi.
İnşasına 1882-ci ildə başlanılmış binanın tikintisi 1884-cü ildə başa çatır və elə həmin ildə Nobel ailəsi Bakıya köçür. “Villa Petrolea” adlanan bina Nobel qardaşlarının İsveçdən kənarda yerləşən yeganə ev-muzeyidir. Bu möhtəşəm tikili Vizantiya üslubunda tikilmiş və müəllifi isveçli memar Lindval olmuşdur. Nobel qardaşlarının evi həm də Bakıda və regionda ilk dəfə olaraq telefon xəttinin və havalandırma sisteminin qurulduğu evdir. Binanın aşağı mərtəbələri idarə üçün ayrılmış, yuxarı mərtəbələrdə isə klub, istirahət otaqları və kitabxana yerləşirmiş.

Bütün interyer zəngin tərtibata malik olub: Sankt-Peterburqdan rəsm əsərləri, kitabxana üçün kitablar gətirilmiş, otaqlara Azərbaycan və İran xalçaçılarının toxuduqları bahalı xalçalar döşənmişdi. Bina 1920-ci ilədək Nobel qardaşlarının mülkiyyəti olub. Ev-muzeyi olmamışdan əvvəl isə xəstəxana, daha sonra uşaq evi kimi fəaliyyət göstərib. Hazırda muzeydə Nobel ailəsinin istifadə etdiyi məişət əşyaları, həmin dövrü əks etdirən eksponatlar yer alır. Evin öz əşyalarından əlavə olaraq Nobellərin Sank-Peterburqdakı və İsveçdəki evlərindən də əşyalar muzeyə gətirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi