Məktəbimizdə təcrübə keçən İdman Akademiyasının tələbələri ilk sınaq dərsi keçirdilər

21.12.2016 tarixində məktəbimizdə təcrübə keçən İdman Akademiyasının tələbələri 6-cı sinif şagirdləri ilə kurrikulumun tədris standartlarına cavab verən dərs nümunəsi sərgilədilər. Təcrübəçi müəllimlər Anar Məmmədov və Zaur Bayramov, məktəbin fiziki tərbiyə müəllimi Orxan Hacıyevin dəstəyi ilə “Sürət” mövzusunda keçirilən açıq dərs yarış ruhu ilə zəngin idi. Bu ilk dəfə pilot layihə kimi 220 saylı məktəbdə keçirildi. Açıq dərsi məktəbin direktoru Nərminə Ağayeva, İdman Akademiyası Təcrübə Şöbəsinin müdiri Rafiq Məmmədov, İdman Oyunları Növləri Kafedrasının dosenti Nigar İbrahimova, İdman Akademiyasının Nəzəriyyə və Metodika Kafedrasının baş müəllimi Orxan Soltanov və Metodist Ervin Quliyev müşahidə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi