Şagirdlərimiz ADA universitetində oldular

20.12.2016-cı il tarixdə məktəbimizin 9, 10, 11-ci sinif şagirdləri ADA-da oldular. Universitetin nümayəndəsi Tuncay xanım şagirdlərimizi universitetlə yaxından tanış etdi. O, şagirdlərimizə fakültə və ixtisaslar haqqında ətraflı məlumat verdi. Şagirdlərimiz həmçinin universitetin kitabxanasında oldular, onlayn kitabxana sistemi və ondan istifadə qaydalarını öyrəndilər. Şagirdlərimiz buradakı tələbə həyatı ilə yaxından tanış oldular. Ümid edirik ki, bu görüş onlara gələcək seçimlərində böyük kömək edəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi