" Ekomedia Savadlılığı "

ETwinning layihəsi çərçivəsində 2021-2022 tədris ilində 6e sinif şagirdləri “Ecomedia Literacy” “Ekomedia Savadlılığı” layihəsində iştirak etdilər və Milli Keyfiyyət Nişanı qazandılar. Məktəbin direktoru Lətifə Əzimova şagirdləri milli keyfiyyət nişanları ilə təltif etdi. Qeyd edək ki, layihənin qurucusu məktəbin  ingilis dili müəllimi və etwinning layihə səfiri Ofeliya Qafarovadır. Beynəlxalq layihədə Azərbaycan, Türkiyə, Portuqaliya, Ukrayna məktəbləri və şagirdləri iştirak edirdilər. Layihənin nəticəsi olaraq şagirdlər Ekomedia mövzusunda rəsimli lügət, elektron kitab,  təkrar emal  haqqında videoçarx hazırladılar. 
Şagirdlərimizi təbrik edirik, yeni uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi