Bağlanış tədbiri

27.12.2022 tarixdə Bakı şəhəri 220 nömrəli məktəb- liseydə Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihəsi olan "ELT sinif mühitində CLIL metodologiyasının tətbiqi" layihəsinin bağlanış tədbiri keçirilib.
Tədbirdə Bakı şəhəri 220, 96, 56, 21, 70, 201 nömrəli məktəblərinin müəllimləri layihə rəhbəri Xuraman Babayeva, 220 nömrəli məktəb liseyin direktoru, layihə eksperti Aliyə Əhmədova, təlimçi Ofeliya Qafarova, tədris hissə üzrə müdir müavinləri Xatirə Xudiyeva və Günel Quliyeva iştirak edib.220 nömrəli məktəb liseyin direktoru Lətifə Əzimova qonaqları salamladı və layihənin əhəmiyyətindən danışdı , daha sonra layihə rəhbəri Xuraman Babayeva layihənin çərçivəsində görülmüş işlər və nəticələr haqqında məlumat verdi və qeyd etdi ki, layihənin məqsədi xarici dilin tədrisində vacib amil olan müəllim hazırlığı və təkmilləşdirilməsi prosesinə dəstək vermək üçün CLIL-xarici dil və məzmunun inteqrasiyalı tədrisi metodikası üçün lazım olan pedaqoji bacarıqları inkişaf etdirməklə ELT siniflərini effektif, real öyrənmə mühitinə çevirməkdir.
Layihə eksperti Aliyə Əhmədova və təlimçi Ofeliya Qafarova layihənin müəllimlərin peşəkar inkişafının faydası və gələcək perspektivləri haqqında danışdılar.
Layihənin əsas fəaliyyətinin Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə əyani və onlayn həyata keçirilmişdir Layihənin təlimlərinə 30 nəfər ingilis dili müəllimi və YARAT mərkəzindəki praktik CLİL dərslərinə 25 nəfər şagird cəlb edilmişdir. Şagirdlərin inigilis dili öyrənmə prosesi fənlərarası inteqrasiya mühitində real olaraq dinləmə, anlama, oxuma, danışma bacarıqları əsasında baş tutmuşdur.
Bağlanış tədbirinin sonunda layihədə iştirak etmiş müəllimlər sertifikatlarla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi