" Biliyini paylaş " layihəsi davam edir

#BiliyiniPaylaş layihəsi çərçivəsində Ofeliya Qafarova " İngilis dilində Oyun Metodikası" kursunu təqdim etdi. İlkin vebinar Microsoft Teams platforması vasitəsilə həyata keçirildi. "İngilis dilində Oyun Metodikası" kursuna 220,21,114, 201, 96, 258,57 nömrəli məktəblərdən 9 müəllim qoşulub. Müəllimlər 10 gün ərzində Google Classroom üzərindən yaradılmış kursda video materiallarla və video dərslərlə tanış olacaq. Təqdim olunmuş yeni metodika ilə öz siniflərində dərs keçəcəklər və həmçinin kursda təqdim olunmuş Wordwall, Quizziz və Kahoot alətlərində resurs hazırlamağı bacaracaqlar. Kursu bitirən müəllimlər öz dərslərinin video yazısını və veb.2 alətlərdə hazırlanmış resursları Ofeliya Qafarova tərəfindən yaradılmış  Google Classroom tətbiqinə yükləyəcəklər.
Həmçinin 220 nömrəli məktəbin ingilis dili müəllimləri Ofeliya Qafarovanın əyani dərslərində iştirak etdilər, metodika ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi