Unudulmaz öndər olan Heydər Əliyevin anım günü keçirildi

Bu gün məktəbimizdə unudulmaz öndər olan Heydər Əliyevin anım günü keçirildi. Anım tədbirində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin zəngin həyat və fəaliyyəti barədə söhbət açıldı. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirib, tarixi fərman və sərəncamlar imzalayıb. Ulu öndərin göstərişi əsasında minlərlə azərbaycanlı gənc dünyanın ən tanınmış universitetlərində təhsil almağa göndərilib. Həmçinin, fotostendlər, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.