" Biliyini paylaş " layihəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Biliyini paylaş” layihəsi keçirir. Məktəbin müəllimləri mentor kimi layihənin 2-ci mərhələsinə vəsiqə qazanıblar. Ofeliya Qafarova, Gülyana Özcan, Fidan Əliyeva , Firdanə Məmmədova və Mətanət Abdullayeva mentor kimi digər həmkarlarına layihə esaslı dərs nümunələri və öz təcrübələrini paylaşacaqlar.