UEFA PLAYMAKERS

UEFA “PlayMaker” layihəsinin mentoru Sharon Zeevi 29-30 noyabr tarixlərində ölkəmizdə səfərdə olub.
Mentor səfər çərçivəsində layihəni yaxından izləmək məqsədilə 220 saylı məktəb-lisey məktəbdə “PlayMaker” layihəsinin tədbiq olunması ilə yaxından tanış olub. S.Zeevi məşq proseslərini izləyib. Məktəbimizin müəllimləri Gülyana Özcan layihənin instruktoru və Ofeliya Qafarova layihənin təlimçisidir.
Qeyd edək ki, bir müddətdir UEFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə ölkəmizdə qadın futbolunun inkişafı məqsədilə 5-8 yaşlı qızlar üçün “PlayMaker” layihəsi təşkil olunur. Layihənin əsas məqsədi "Disney" cizgi filmləri hekayələri üzərindən qızların sağlam həyat tərzinə cəlb edilməsi və eləcə də, sosial bacarıqların, fundamental fiziki hərəkətlərin və futbolun əsaslarının öyrədilməsidir. Bakı şəhəri və digər regionları əhatə edəcək layihə 2023-cü ilin sonuna qədər davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi