BALACA MÜXBİR

Şəhid Alı Həsənli adını daşıyan 3g sinfində  M.Firdanə müəllimin rəhbərliyi altında  “Balaca müxbir “ adlı layihə əsaslı müsabiqəyə start verilmişdir. Şagirdlər müxtəlif peşə sahiblərindən müsahibələr almışlar. Münsiflərin seçimi nəticəsində  5 müsahibə final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalı məktəbin akt zalında təntənəli şəkildə keçirilmişdir. Slavyan unuversitetinin professoru,əməkdar jurnalist Şəlalə Həsənova, məktəbin psixoloqu Gülbəniz İsmayılova, məktəbin Azərbaycan dili müəllimi, fəlsəfə doktoru Xanım Qasımova, ibtidai siniflər üzrə direktor müavini Xatirə Xudiyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Fidan Əliyeva münsiflər heyəti qismində seçim etmişlər. Müsabiqədə  7X sinif şagirdləri R.Zəhra,Ə.Fəxrəddin(aparıcılar),B.Toğrul(isveçli müxbir),Q.Əli (bayraqdar)də iştirak etmişlər. Üçüncülər  layihənin yaranması və həyata keçirilməsi  ilə bağlı məlumatlar vermiş, OCEP layihəsi çərçivəsində İsveç ölkəsi haqqında məlumatlar da söyləmişlər. Firdanə müəllimin dəvəti ilə 3g sinfinin adını daşıdığı, şəhid Alı Həsənlinin ailəsi və yaxınları da müsabiqədə iştirak etdilər. Şəhidin anası Ramilə xanım və bacısı Fidan xanım müəllimə və şagirdlərə ürək sözlərini söyləyib, uğurlar arzuladılar.
Sonda qaliblərə kubok və tərifnamələr təqdim olundu.Biz də 3g sinif şagirdlərini təbrik edir və yeni layihələrdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi