eTwinning Plus Azərbaycan layihəsi üzrə ingilis dili müəllimimiz ambassador seçildi

2016-2017-ci illər üçün eTwinning Plus Azərbaycan layihəsi üzrə Ambassador seçimi başa çatmışdır. Ambassador olmaq üçün 11 nəfər müraciət etmişdir. 7 nəfərlə aparılan müsahibə nəticəsində 3 ambassador seçilmişdir ki, onlardan biri də ingilis dili müəllimimiz Ofeliya Qafarovadır. Müəlliməmizi təbrik edirik və uğurlar arzulayırıq. Ambassador seçimi hər ilin noyabr ayında yenidən keçiriləcəkdir.