Lütfi Zadə adına I Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirildi

Dekabrın 6-da böyük azərbaycanlı alim Lütfi Zadənin 95 illik yubileyinə həsr olunmuş Məktəblilərarası I Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. "Nizami" Kino Mərkəzində keçirilən tədbirdə öncə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat nəzərə çatdırılıb. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, "İstək" liseyinin direktoru Anar Məmmədov, dövlət rəsmiləri, ali məktəblərin rektorları, millət vəkilləri, alimlər, təhsil ictimaiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, təhsil ekspertləri, valideynlər, şagirdlər və media təmsilçiləri iştirak ediblər. Sonda olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunub. Məktəbimizin şagirdləri olan Axundov Ziya II yer, Qasımov Yusif, Yunusov Fuad, İskəndərov Həsən III yer tutaraq diplomla təltif olunmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi