ŞƏHİDLİK ZİRVƏSİ!

Şəhidlər  VƏTƏN,MiLLƏT yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. 2020-ci ilin 21 oktyabrı 220 nömrəli məktəb-liseyin məzunu , 2-ci Qarabağ müharibəsinin iştirakçısı Alı Nofəl oğlu Həsənlinin şəhadətə ucaldığı gündür. M.Firdanə müəllimin rəhbərliyi ilə şəhidimizin adını daşıyan 3g sinfində direktor müavinləri Samir Əzimov, Xatirə Xudiyeva , Fidan Alıyeva, Hərbi hazırlıq müəllimi  Mübariz Məmmədov və psixoloq Gülbəniz İsmayılovanın  iştirakı ilə şəhidimiz  1 dəqiqəlik sükutla yad edilmiş və birlikdə ona həsr edilmiş video-rolikə baxmışlar. Daha sonra Mübariz müəllim şəhidimizlə bağlı xatirələrini danışmış, digər iştirakçılar da fikirlərini söyləmişlər. Şəhidimizə həsr olunan video-rolikin süjet xətti təqdirəlayiq şəkildə qiymətləndirilmişdir. Şəhidimizə həsr olunan buklet Firdanə müəllim tərəfindən iştirakçılara təqdim olunmuşdur.
Ruhun şad olsun, bizim Alı!
Şəhidimizi unutmayan və unutdurmayan 3g sinif kollektivinə dərin təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi