Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqənin qalib layihəsi

Bakı şəhəri 220 nömrəli məktəb- liseydə Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihəsi olan
"ELT sinif mühitində CLIL metodologiyasının tətbiqi" layihəsinin təqdimatı keçirilib.
Tədbirdə Bakı şəhəri 96, 56, 21 nömrəli məktəblərinin direktorları və müəllimləri iştirak edib.220 nömrəli məktəb liseyin direktoru Lətifə Əzimova qonaqları salamladı və layihənin əhəmiyyətindən danışdı , daha sonra layihə rəhbəri Xuraman Babayeva layihənin məqsəd və vəzifələri haqqında məlumat verdi və qeyd etdi ki, layihənin məqsədi xarici dilin tədrisində vacib amil olan müəllim hazırlığı və təkmilləşdirilməsi prosesinə dəstək vermək üçün CLIL-xarici dil və məzmunun inteqrasiyalı tədrisi metodikası üçün lazım olan pedaqoji bacarıqları inkişaf etdirməklə ELT siniflərini effektif, real öyrənmə mühitinə çevirməkdir. 
Layihə 4 ay müddətində nəzərdə tulmuşdur. Layihənin əsas fəaliyyətinin Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə əyani və onlayn həyata keçirilməsi planlaşdırılır. Layihənin təlimlərinə 25 nəfər ingilis dili müəllimi və YARAT mərkəzindəki praktik CLİL dərslərinə 25 nəfər şagird cəlb ediləcək. Şagirdlərin inigilis dili öyrənmə prosesi fənlərarası inteqrasiya mühitində real olaraq dinləmə, anlama, oxuma, danışma bacarıqları əsasında baş tutacaq. Etwinning onlayn öyrənmə və tətbiq platforması əsasında xarici həmkarlarla CLIL əsaslı dərslər qurulacaq, gələcək əməkdaşlıqlar yaranacaq. Təlimlərə cəlb edilmiş müəllimlərin CLIL əsaslı dərslər hazırlaması vərdişləri formalaşdırılacaq.
Daha sonra layihənin təlimçisi, etwinning layihəsinin Azərbaycan üzrə səfiri , Ofeliya Qafarova təlimlərin əhəmiyyəti haqqında, müəllimlərin məhsuldar CLIL mühitində əməkdaşlığı gələcək yeni təhsil layihələrinə səbəb olacağı haqqinda məlumat verdi.
Layihədə iştirak edən məktəblərin direktorları Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə həyta keçirdiyi qrant müsabiqələrinin əhəmiyyətindən danışaraq, yeni ideyaların hər zaman Elm və Təhsil Nazirliyi tərəfindən dəstəkləndiyini xüsusi ilə vurğulayaraq, müəllimlərin bu müsabiqələrə qoşulmasının təhsilimiz üçün əhəmiyyətindən danışdı. 
Tədbirə qonaq qismində dəvət edilmiş YARAT Müasir Incəsənət Mərkəzinin PR direktoru, Hökümə Kərimova layihə iştirakçılarının və şagirdlərin YARAT mərkəzindəki praktik məşğələlərindən yararlanması üçün dəstək olacaqlarını söylədi.
Tədbirin sonunda görüş iştirakçılarının layihə ilə bağlı sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi