Beynəlxalq layihə mükafatları
220 saylı məktəb-liseyin müəllim və şagirdləri Beynəlxalq eTwinning layihəsinin aktiv iştirakçısıdırlar.Bu tədris ilində "İki dövlət ,tək millət" ,"Doğaya geri dönüş" layihələrində dünyanın bir neçə ölkəsindən olan müəllim və məktəblilər birgə əməkdaşlıq edərək təqdimatlar hazırlamış,müxtəlif tapşırıqları qruplarla yerinə yetirmişlər. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xanım Qasımova və şagirdləri hər iki beynəlxalq layihədəki fəaliyyətinə görə Milli Keyfiyyət Nişanı ilə mükafatlandırılmışlar.