CƏNNƏTDƏKİ MÖVLUDUN MÜBARƏK, ŞƏHİDİM!

Alı Nofəl oğlu Həsənli (22 iyun 1995, Bakı – 21 oktyabr 2020,Cəbrayıl rayonu)— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Vətən müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Şəhid Ə.Mahmudov adına 220 saylı məktəb-liseyin məzunu Alı Həsənlinin cənnətdəki 27-ci MÖVLUD GÜNÜ onun adını daşıyan 2g sinif şagirdləri tərəfindən qeyd olunmuşdur.Sinif rəhbəri M.Firdanə müəllimin təşkilatçılığı ilə şəhidimizin qısa həyat yolu işıqlandırılmış,ehtiramla yad edilmişdir.Tədbirdə şəhidin ailəsi,dostları,şəhid anaları,qazilər,məktəb rəhbərləri,müəllim heyəti və valideynlər iştirak etmişlər.Sonda məktəbin direktoru Ə.Lətifə xanım,şəhidimizin anası Ramilə xanım,qazimiz Bayramov Samir, şəhidin adını daşıyan sinfin  müəllimi F.Məmmədova öz təəssüratlarını bölüşmüşlər.
 Şəhidimizə Allahdan rəhmət diləyir,qəbri nurla dolsun deyirik.CƏNNƏTDƏKİ MÖVLUDUN MÜBARƏK,ŞƏHİDİM!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi