Təhsil Mühəndisliyi Respublika Forumu

29 may Müasir təhsilin inkişafına həsr olunmuş “Təhsil Mühəndisliyi Respublika Forumunda” məktəbimizin ibtidai sinif müəllimi Abdullayeva Mətanət “ Uşaqların mütaliəyə motivləşməsində NLP-nin tətbiqi” mövzusu ilə çıxış etdi. Şagirdlərdə təhsilə marağın, məktəbə sevginin, mütaliəni vərdişə çevirməyin yollarından danışdı. Forumda iştirak edən psixoloqlar müəllimin çıxışını maraqla izlədilər. Onun təcrübələrinin yayılmasını, NLP-nin müəllimlər tərəfindən tətbiq olunmasını arzuladılar. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Sosiolinqvistika və psixolinqvistika şöbəsinin böyük elmi işçisi Zülfiyyə Musəvi, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş məktəb direktorları, psixoloqlar müəllimin təcrübəsini yüksək səviyyədə dəyərləndirib , ona təşəkkür edib gələcəkdə onunla əməkdaşlıq etmək istədiklərini bildirlər. CİBS Təlim Mərkəzinin NLP masteri Rübabə Mərdanova müəllimin simasında bir qəlib tərtib edib bu təcrübədən digər müəllimlərin də yararlanmasını təklif etdi. Qeyd edək ki, müəllimimiz forumda iştirak edərək məktəbimizi təmsil edən yeganə müəllim idi. Tədbirdə iştirak edən  təlimçi,Access Bars,Reiki üzrə master eyni zamanda məktəbimizin psixoloqu Gülbəniz İsmayılova öz növbəsində müəllimin fəaliyyətini qiymətləndirdi və bu təcrübənin yayılmasını dəstəklədi. İşini sevən, fədakar müəllimimizə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi