9 May ETWINNING GÜNÜ

9 May Beynəlxalq eTwinning günü münasibətilə 220 Nömrəli  məktəb-liseyin 1 E sinif şagirdləri tədbirlə çıxış etdilər. Tədbirdə Etwinning layihəsi haqqında səhnəciklər, mahnı, rəqs təqdim olundu. Şən, pozitiv şəkildə təşkil olunan tədbirin sonunda şagirdlər həyətdə şar uçurtdular.

Tədbirə gələn qonaqlar arasında Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova, İdarənin əməkdaşı Natəvan Bədəlova, eTwinning səfirləri Mətanət Əhədova, Aliyə Ağayeva, Ofeliya Qafarova olmuşlar.

Tədbirdə eyni zamanda "Professions from past to future" layihəsinin sərgisi baş tutdu.

eTwinning "Professions from past to future" layihəsi Türkiyə Azərbaycan Albaniyadan 12 müəllimin iştirakı ilə həyata keçən layihədir. Layihənin müddəti 6 ay olmuşdur. Layihənin əsas məqsədi keçmişdəki peşələri araşdırmaq və həmin peşələrin indiki müasir əvəzləmələri ilə müqayisə etmək idi. Bu məqsədlə şagirdlər xəttatlıq sənətindən başlayaraq müasir 3D animasiyalarına qədər maraqlı tapşırıqlar həyata keçirmişdilər. Şagirdlər bu peşələri araşdırdıqları zaman məlumat toplayır və eyni zamanda təcrübələr də əldə etmiş oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi