Ingilis dili müəllimimiz “Culture Journey” layihəsində iştirak edərək “eTwinning Keyfiyyət Nişanı” ilə təltif olundu

Məktəbin ingilis dili müəllimi Nahidə Hüseynova 6-cı və 7-ci sinif şagirdləri ilə birgə 04.11.2016-cı il tarixində “Culture Journey” – “Mədəniyyətlərə Səyahət” layihəsində iştirak etmişlər. Bu layihədə Fransa, Polşa, Türkiyə, Albaniya, Azərbaycan, Portuqaliya, Rumıniya, Litva, İtaliya kimi ölkələr iştirak edirdilər. Layihədə məqsəd müxtəlif ölkələrdən olan şagirdlərlə əməkdaşlıq edərək öz mədəniyyətlərini tanıtmaq və eyni zamanda digər ölkələrin mədəniyyətləri haqqında məlumat əldə etmək idi. İngilis dili müəllimimiz Nahidə Hüseynova və şagirdləri “Culture Journey” layihəsində fəal iştirak edərək “eTwinning Keyfiyyət Nişanı” ilə təltif olunmuşlar .