Şəhidlər ölməz, vətən bölünməz!


 Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Çünki şəhidlər Vətənin, millətin yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətlərə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar. Bu mərtəbəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu nədir bilməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər. Şəhidlər vurulan zaman ölmür, unudulan zaman ölürlər. Onları unutmamaq, adlarını yaşatmaq hər birimizin borcudur. 
    Məktəbin ibtidai sinif müəllimi Abdullayeva Mətanət şagirdlərini vətənpərvər ruhda yetişdirməkdən ötrü daim çalışır. Bu məqsədlə də 9 aprel tarixində 2”c” sinfinə aprel döyüşlərinin qəhrəmanı, vətən müharibəsinin iştirakçısı şəhid gizir  Ruslan Şahbazovun adı verildi. Ruslan Mahir oğlu Şahbazov 14 iyul 1991-ci il tarixində Tərtər rayonunun Ələsgərli kəndində anadan olmuşdur. 2009-cu ildə tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra hərbidə qalaraq xidmət etməyə davam edib. Gizir hazırlıq kursunu bitirdikdən sonra gizir rütbəsilə vətənə xidmətini davam etdirib.  İkinci Qarabağ uğrunda başlayan döyüşlərdə iştirak edir və 2020-ci il sentyabrın 29-da Tərtər rayonunun Talış kəndi ərazisində döyüş mövqeyində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olur. Sağlığında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  “Hərbi xidmətlərinə görə”, ölümündən sonra isə Azərbayccan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqət və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  “Azərbaycan Bayrağı” və “Vətən uğrunda” medalı ilə təltif edilib.  
  Tədbirdə şəhidin anası Şahbazova Pərvanə, xalası Bayramova  Hafizə, ailə üzvlərindən Bağırzadə Ağamir, şəhidin əsgəri Bağırzadə Mirağa , məktəbin direktoru Əzimova Lətifə ,direktor müavinləri, məktəbin psixoloqu və xüsusi qonaqlar da iştirak etmişdilər. Belə qonaqlardan 56 nömrəli məktəbin direktoru Hüseynova Könül, 21 nömrəli məktəbin direktoru eyni zamanda şəhidin ailə üzvü Bağırzadə Elza iştirak etmişdir. Tədbirdə şəhidin adına olan xatirə lövhəsinin açılışı oldu. Xatirə lövhəsini şəhidin  anası Şahbazova Pərvanə xanım açdı. 2-ci sinif şagirdləri qəhrəmanlıq haqqında səhnəcik göstərdilər,Qarabağa aid şeirlər söylədilər. Şəhidin həyat yolundan bəhs edən video nümayiş etdirildi. Tədbirin sonunda qızların ifasında işğaldan azad edilmiş rayonlarımızın Şuşa şəhəri ilə birləşməsi əks etdirən Xarı bülbül rəqs kompozisiyası nümayiş etdirildi. Şagirdlər bundan sonrakı fəaliyyətlərində hər zaman Ruslan Şahbazovun adına layiq olacaqlarına söz verdilər. Sinifdə şəhidin adına guşənin açılışı oldu. Tədbirin sonunda şəhidin anası, ailə üzvləri, əsgər yoldaşı Ruslan Şahbazov haqqında xatirələrini danışdılar. Sinif guşəsinə şəhid Ruslan Şahbazovun son fotosunu hədiyyə etdilər. Məktəbin direktoru və qonaqlar çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi