Uğur hekayəsi

UĞUR HEKAYƏSİ

Bu gün ingilis dili dərsində 6-cı sinif şagirdləri Pərviz Fərzəliyevin uğurunu təkcə dərsliklərdən deyil, həm də canlı üzbəüz görüşdə öyrəniblər. Qeyd etmək istəyirik ki, Pərviz məktəbimizin 10-cu sinif şagirdidir, 2019-cu ildə Avropa Pul Həftəsi müsabiqəsində Azərbaycanı Belçikada təmsil etmək üçün 500 şagird arasından seçilmişdir.Bu gün o,  beynəlxalq müsabiqədə iştirakla bağlı bilik və təcrübəsini şagirdlərlə bölüşüb. Pərviz 6-cı sinif şagirdlərinin bütün suallarını cavablandırdı və uğur qazanmağın yolları haqqında danışdı.
Pərvizin uğur yolunda əməyi keçən müəllimləri Firdanə və Ofeliya müəllim və həmçinin məktəb rəhbərliyi dərsdə iştirak etdilər.
Biz belə  şagirdlərimizlə fəxr edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi