Bir məktubun sorağında

Bir məktubun sorağında
  Vətən sevgisi öncə ailədə,sonra məktəbdə aşılanır.Təsadüfi deyil ki,2-ci Qarabağ müharibəsinin qalibləri son 30 ildə itirilmiş torpaqların sevgisi ilə alışıb yanan qəlblərin,məhz müəllimlərin şagirdlərə aşıladığı torpaq,Vətən eşqi ilə yetişdi.Bəli!Müəllimlər 44 günlük vətən müharibəsinin gizli qəhrəmanları idilər.Elə bu əqidə ilə də hər zaman əsgərlərə dayaq,təsəlli,dəstək oldular.Belə müəllimlərdən biri də Bakının Ə.Mahmudov adına 220 saylı məktəb-liseyin ibtidai sinif müəllimi Mətanət Abdullayevadır.
   Müharibə qurtarmışdı. Mətanət müəllim və şagirdləri əsgərlərə yardım olaraq bir qutu dərman və bir məktub göndərirlər.Məktubda yalnız məktəbin adı yazılır və  bütün müəllimlərin, anaların adından yazıldığına görə sonda sadəcə MÜƏLLİM yazılaraq imza qoyulur. Məktub  Talış kəndində N saylı hərbi hissənin 2- ci taboruna  gedib çatır. Məktubda heç bir izin olmaması əsgərlərin daha çox marağına səbəb olur.Bir müəllimin ,eyni zamanda bir ananın dilindən yazılan  məktub əsgərlərə böyük təsəlli olur və onlar həmin an cavab məktubu yazırlar.Belə söz verirlər ki, kim sağ qalsa,məktubu ünvanına o çatdırsın. Xoşbəxtlikdən məktubu yazan əsgərlərin hamısı sağ-salamat evinə qayıdır. Məktubu ünvanına çatdırmaq isə Bakıda yaşayan zabit  Zəka Qazinin üzərinə düşür . Lakin məktub əsgərin hərbi formasının cibində qalır və həmin forma Mingəçevir  şəhəri  4 nömrəli orta məktəbin muzeyində saxlanır. Müharibədən sonra sarsıntılar keçirən zabit müailicə olunur və məktubu unudur, xatırlayanda isə tapa bilmir. Bir gün məktubun tapıldığını eşidib sevinir və məktəbə zəng edərək məktubun müəllifini axtarır.Beləcə,2022-ci ilin 4 mart tarixində Vətən müharibəsində könüllü iştirak etmiş qazi Zəka Qazi həmin təsirli məktubun izi ilə 2 “c”sinfinin qonağı oldu.
 Görüş zamanı şəhidlərin xatirəsi yad edildi,şagirdlər əsgərlərə ithaf olunmuş şeirlər  söylədilər, sinif müəllimi ilə birgə “Əsgərə məktub “ mahnısını oxudular.
Zabitin çıxışı şagirdləri,eləcə də məktəb kollektivini çox təsirləndirdi.Hamının  gözlərində sevinc və minnətdarlıq hissi var idi...Tədbirin sonunda məktəbin direktoru Əzimova Lətifə, GHC müəllimi Mübariz müəllim, ibtidai sinif müəllimi Məmmədova Firdanə çıxış  etdərək  təəssüratlarını bölüşdülər. Sonda əsgərlərin cavab məktubu oxundu,xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi