“Happy Halloween” adlı açıq dərs keçirildi

Məktəbimizin ingilis dili müəllimi Qafarova Ofeliya 6z sinfi ilə “Holidays in the world” ("Dünya bayramları") mövzusu çərçivəsində “Happy Halloween” adlı açıq dərs keçirmişdir. Şagirdlər təqdimatlar, müxtəlif kostyumlar, maskalar, dekorasiyalar hazırlamışdılar. Şagirdlərin təqdimatları məlumatlandırıcı və maraqlı idi. Belə tədbirlər şagirdlərin ingilis dilini öyrənməsində və inkişaf etdirilməsində vacib amillərdən biridir.