Məktəbimizin qabaqcıl ibtidai sinif müəllimlərindən olan Abdullayeva Mətanət uşaqların dünyagörüşünü inkişaf etdirmək üçün İKT biliklərindən və müasir texnoloji vasitələrdən geniş istifadə edir. Bunun sayəsində uşaqlar müəllimi diqqətlə dinləyir və əldə etdikləri bilikləri tətbiq edərək texnologiya dərsində çox gözəl əl işləri hazırlayırlar.