Nizami rayonu üzrə "mini - futbol" turnirində I yerə layiq görüldük
07 oktyabr 2016-cı il tarixdə "Amasiya" İdman Kompleksində Nizami rayon məktəbliləri arasında "Mini-futbol" turniri start götürmüşdür. Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirdə məktəbimizin şagirdləri idman müəllimlərimiz Gülyana Özcan və Orxan Həsənovun səyləri nəticəsində uğurlu nəticələr əldə edərək final mərhələsində I yeri tutaraq Bakı şəhər mərhələsinə iştirak üçün şans qazanmışlar. Komandamıza müvəffəqiyyət arzulayırıq.