2015-2016-cı tədris ilində 700 bal toplayan məzunumuz

Bu tədris ilində məktəbimizin 16 nəfər şagirdi 600-dən yuxarı bal toplayaraq müxtəlif ali məktəblərdə təhsillərini davam etdirmək şansı əldə etmişlər. III ixtisas qrupu üzrə imtahanlarda maksimum nəticə göstərən Elvin Manaf oğlu İsayev isə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakultəsinə daxil olmuşdur. Elvin IX sinfi fərqlənmə şəhadətnaməsi ilə bitirmiş, 2014-cü ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin keçirdiyi VII intellekt olimpiadasında I yeri tutmuşdur.