Müqəddəs zirvə

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. O zirvə ki, dünyanın ən müqəddəs zirvəsidir və yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən ,Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilər bu zirvəyə. 21.10.2020 ci il məktəbimizin məzunu olmuş Alı Həsənli də bu ali zirvəyə - Şəhidlik zirvəsinə ucalmaq qismət oldu.
Bu gün sənin xatirənin işığına yığışdıq ALI! Şəhadətə ucalığın günü doğma məktəbində,arzularına yelkən açdığın təhsil ocağında qürurla andlq! Bu gün üç minə yaxın şagird və müəllim heyyəti, bir o qədər də valideyn səni birlikdə andı,bir yumruq kimi birləşərək qısa lakin şərəfli ömrünün hər anını kitab kimi vərəqlədik! Qəlbinə qəhrəmanlıq toxumu əkilən doğma məktəbində bu gün sənin qəhrəmanlıq dastanın yazıldı. Artıq qəhrəmanlığı sənin şərəfli yolundan öyrənən nəsil yetişir məktəbində.Ruhun şad olsun ŞƏHİDİM