Anım mərasimi

Bu gün ölkənin hər yerində olduğu kimi 220 nömrəli məktəb-liseydə də, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla anıldı. Anım mərasimində Bakı şəhər Təhsil idarəsindən Xəyalə Əhmədzadə, Fuad Babayev və digər rəhbər işçilərlə yanaşı ,məktəbin məzunu olmuş şəhid Alı Həsənlinin bacısı Fidan Həsənli ,məktəbin məzunu olmuş qazilər və digər qonaqlar da iştirak etdilər.
Tədbirin rəsmi hissəsindən sonra 44 günlük vətən müharibəsinin şərəfinə 44 ağac əkildi. Sonda məktəb rəhbərliyi və müəllimlər Şəhid Alı Həsənlinin xatirə abidəsini ziyarət etdilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi