“Gənc xilasedicilər və yanğınsöndürənlər” yarışında Bakı şəhər birinciliyində I yer tutduq

Gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən əməkdar müəllimimiz Mübaris Məmmədovun yüksək bilik və təcrübəsi sayəsində məktəbimizin komandası Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və “Gənclər və İdman Nazirliyi”nin dəstəyi ilə keçirilən “Gənc xilasedicilər və yanğınsöndürənlər” yarışında Bakı şəhər birinciliyində I yer tutduğuna görə diplomla təltif olunmuşdur.Yüksək nailiyyətlər əldə edən komandamız Qəbələ şəhərində keçiriləcək V Respublika və IV beynəlxalq yarışın final mərhələsinə vəsiqə qazanmışdır.Komandamız bu yarışa 3-cü ildir ki, qoşulmağına baxmayaraq ən yüksək nəticələr əldə etməyi bacarmışdır. 3 il dalbadal rayon və Bakı birincisi, 2014-cü ildə Respublika 3-cüsü , 2015-ci ildə Respublika 2-cisi olmağı bacarmışdır. İnanırıq ki, 2016-cı ildə ən yüksək zirvəyə ucalmaq komandamız üçün çətin olmayacaq. Bu işdə komandamıza uğurlaq arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi