Nizami Gəncəvi Dünyası

Bu il prezident İlham Əliyevin sərəncamı ilə Nizami ili elan olunub. Bu münasibətlə Azərbaycanın Belçikadakı diplomatlarının məktəbli övladları ilə Bakı şəhər Ə. Mahmudov adına 220 saylı məktəb-liseyin şagirdlərinin birgə hazırladıqları " Nizami Gəncəvi dünyası" adlı onlayn tədbir keçirilmişdir. 220 saylı məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi , filologiya üzrə fəlsəfə doktoru Belçikada səfərdə olan Xanım Qasımova tədbirin təşkilatçısı və aparıcısı olaraq iştirakçıları təqdim etmiş, çıxışında Nizami haqqında məlumat vermişdir. Hər iki dövlətin şagirdləri dahi Nizaminin yaradıcılığından şeir nümunələri söyləmiş,öz rəsm əsərlərini nümayiş etdirmiş , "Sənsiz" romansı ifa olunmuşdur. Norveçdə Oslo şəhərindəki Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin nümayəndəsi Aygün Əliyeva tədbirdə Nizami ilə bağlı mərkəzin fəaliyyətindən danışmışdır. 220 saylı məktəbin direktor müavinləri Elza Bağırzadə, Könül Hüseynova , Azərbaycanda eTwinning Səfiri, ingilis dili müəllimi Ofeliya Qafarova Nizami ilə bağlı maraqlı fikirlər söyləmişlər. Sonda Azərbaycanın Belcika Krallığındakı Səfirliyinin müşaviri Anar Şükürov iştirakçılara təşəkkür etmiş, gələcəkdə də belə görüşlərin keçirilməsinin faydalı olduğunu qeyd etmişdir.
.