2020-2021-ci tədris ilinin ən böyük uğuru.

 2020-2021-ci tədris ili çətinliklərlə başlasa da, həm ölkəmiz ,həm də məktəbimiz üçün olduqca  uğurlu il oldu. Belə ki, bu ilki məzunlarımızın nəailiyyətləri bizi çox sevindirdi.Eyni sinifdən üç şagirdimiz məktəbi qızıl medal ilə başa vurdu. Bu qürurverici hal məktəb tarixində ilk dəfə idi. Medalçılarımız   kiçik yaşlarından müxtəlif Beynəlxalq və Respublika Olimpiadalarında iştirak edərək məktəbimizi yüksək səviyyədə təmsil etdikləri üçün bu uğura nail oldular.

   Medalçımız Qasımov Yusif 2016-2017 -ci ildən etibarən demək olar  ki, hər il iştirak etdiyi Beynəlxalq və Respublika fənn olimpiadalarında uğur qazanməşdır.  Belə ki, 2016-2017-ci illərdə keçirilən "Təhsil ağlın simasıdır", riyaziyyat olimpiadasında iki qızıl medal, həmin il keçirilən Lütfi Zadə adına məntiq olimpiadasında 3-cu yer,2018- 2019,2020-2021 -cü illərdə riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadası,  Dünya Riyaziyyat Olimpiadası, həmçinin Gənclərin Balkan Riyaziyyat Olimpiadasında qızıl ,gümüş və bürünc medallar qazanmışdır. 2020-ci ildə "Kiber Fəza"  riyaziyyat olimpiadasında- bürünc,Qafqaz riyaziyyat olimpiadasında və  Beynəlxalq Yakutov olimpiadasında -gümüş,  Asiya Beynəlxalq Riyaziyyat olimpiadasında Ali mükafata layiq görülmüşdür.         

   İkinci medalçımız Fuad Yunusovdur. Fuad da 6cı sinifdə oxuyandan demək olar ki, hər il  olimpiadalarda fəal iştirak edərək nəailiyyətlər qazanmışdır."Təhsil Ağlın Simasıdır" riyaziyyat olimpiadasında 1-ci yer, Lütfi Zadə adına məntiq olimpiadasında bürünc yer , fizika fənni üzrə  Məktəblərarası fənn müsabiqəsində 3-cü yer, 2017-2018 ci tədris ilində rus dili və ədəbiyyatı fənnindən Respublika Fənn olimpiadasının qalibi, 9, 10 və 11-ci siniflərdə fizika fənni üzrə Respublika Fənn Olimpiadasında  3-cü yerə layiq görülmüşdür.                                                                  

 Üçüncü medalçımız  Nurlana Əliyevadır. Nurlana da biologiya fənni üzrə 2016-2017 -ci ildə  Respublika fənn olimpiadasının qalibi olmuşdur, 2018- 2019,2020-2021 -ci tədris illərində Respublika fənn olimpiadasında iştirak edərək biologiya fənni üzrə  2-ci və3-cü yerlərə layiq  görülmüşdür.

 Kollektiv gələcəkdə də bu ənənəni davam etdirməyə çalışır.Gələcəkdə qızıl medala namizəd şagirdlərimizin sayı çoxdur.Ümid edirik ki, gələcəkdə onlar da məktəbi bu şagirdlər kimi qızıl medalla bitirəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi