MY MATH WORLD eTwinning layihəsi başa çatdı

MY MATH WORLD eTwinning layihəsi başa çatdı. Çox çalışqan və yüksək əməkdaşlıq olan bir komanda işi ortaya çıxdı. Bu layihədə Türk ortaqlarımızla yanaşı daha 3 fərqli ölkənin müəllim və şagirdləriylə birgə işlər gördük. Riyaziyyatı uşaqlara sevdirən “ MATEMATİK DÜNYAM” layihəsi riyaziyyatı əylənərək öyrənməyi , eyni zamanda çoxlu sayda web2.0 alətlərindən istifadə etməyi öyrənməyə kömək oldu. Şagirdlərlə yanaşı valideynlərin də rəğbətini qazanan layihənin çalışmalarını 4 G sinif şagirləri Bağırzadə Elza müəllimin rəhbərliyi altında yerinə yetirdilər. Bu layihə sayəsində şagirdlər riyaziyyatı daha çox sevdilər və əylənərək öyrənməyin mümkün olduğunu gördülər.