ZƏFƏR SEVİNCLİ SON ZƏNG!

Bu gün 220 saylı məktəb-liseydə SON ZƏNG tədbiri keçirildi. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Muxtar Məmmədov, Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədova  iştirak etdilər.

Tədbir pandemiya rejimi qaydalarına uyğun şəkildə ,100 nəfər şagirdin iştirakı ilə keçirildi. Tədbirə  Azərbaycan Respublikasının Dövlət Himni, şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Məktəbin direktoru Lətifə Əzimova çıxış edərək zəfər sevincli son zəng tədbirini açıq elan etdi, məktəbin bu ilki  uğurları haqqında məlumat verdi,  tədrisdə  fərqlənən şagirdlərə fəxri fərman verildi. Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Muxtar Məmmədov çıxış edərək məzunları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı.
Tədbir 11h sinfinin " Xarıbülbül " kompozisiyası ilə davam etdirildi. 

Sonda son zəng çalınaraq məktəb 11-ciləri ilə vidalaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi