Daun sindromlu uşaqlar üçün mərkəzdə idman festivalı təşkil edilmişdir

1 İYUN - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimiz Daun sindromlu uşaqlar üçün mərkəzdə idman festivalı təşkil etmişdir. Festival Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azerbaijan və Bakcell şirkətinin "TOPs - Təhsil alanların fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi" adlı birgə layihəsi çərçivəsində baş tutmuşdur. Tədbirdə daun sindromlu uşaqlar təkcə yarışlarda deyil, həm də bədii-musiqili nömrələrlə çıxış etmişlər. Tədbirin təşkil edilməsində ibtidai sinif müəllimi Behbudova Həqiqət, fiziki tərbiyə müəllimi Gülyana Özcan və ingilis dili müəllimi Ofeliya Qafarovanın əvəzsiz rolu olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi