28 May Respublika Günü -103

Azərbaycan öz tarixi ilə dünya ölkələri arasında özünəməxsus yer tutmuşdur.Bu tarix qədim Mannadan Albaniyaya, Azərbaycan Xalq Cumhuriyyətindən müstəqil Azərbaycana qədər davam etmişdir.
Şərqdə ilk demokratik respublika olan Cümhuriyyətinin 1918-ci il mayın 28-dəTiflisde elan olunmuş istiqlalimizin göstərici olan İstiqlal bəyannaməsi qəbul olunmuşdur, hansını bu bəyannamə ilə Respublikamizin bütün vətəndaşlarına bərabər və geniş hüquqlar təmin edilmişdir. Bu azadlıq xalqımızın uzun sürən mübarizəsinin, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nesin bəy Yusifbəyli və digər görkəmli ziyalılarimizin və siyasi xadimlərimizin təfəkkürünün bəhrəsidir.
İlk paytaxtı Gəncə şəhəri olan Cümhuriyyətimizin Bakının azad olunması ilə mərkəzinin buraya köçürülməsi ilə qarşıya qoyulan öhdəlik tam başa çatmışdır.
Qadınlara kişilərlə bərabər hüquq verən Azərbaycan xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi müddətdə bir sıra uğurlu islahatlar keçirərək Avropa ölkələrini belə özünə heyran qoymuşdur:Bakı Dövlət Universiteti, "Bakı banu"adlanan pul vahidi ,parlament islahatı,ordu islahatı,iqtisadi hərbi -siyasi əməkdaşlıqlar 23ay ərzində görülən tədbirlərin sayca bir neçəsidir.Qəbul olunmuş 3 rəngli bayrağimiz ,gerbimiz ,himnimiz dövlətçiliyimizin məgrurlugundan xəbər verməklə yanaşı,sevilən simvollarla tariximizi özüne məxsus şəkildə göstərməkdədir.
Osmanlı dövlətinin dəstəyi ilə yaradılmış ordumuz hərbi nazir Səməd bəy Mehmandarov,müavini Əlaga Şıxlinsknin böyük səyi nəticəsində Zəngəzur, Muğan və Əsgərandaki qiyamlarin qarşısı layiqincə alınmışdır.
Tarixi Azərbaycan torpaqlarini qoparıb almaq üçün Sovet Rusiyasının sifarişi ilə Qarabağda qaldirilan qiyam nəticəsində , dinc əhalini müdafiə etmək , soyqırımin qarşısını almaq üçün Azərbaycan ordusu Şimaldakı qüvvələri Qarabağa göndərməli oldu.Bundan istifadə edən 11-ci sovet ordusu Azərbaycan sərhədlərini pozaraq torpaqlarımıza hücum etdilər.Nəticədə 1920-ci il 28 aprel tarixində parlament nahaq qanın tökülməməsi üçün hakimiyyəti bolşeviklərə təhvil verməyi qərara aldı.Azərbaycanin dövlət müstəqilliyinin qorunması,milli ordunun saxlanılması şərti ilə hökumət təslim olsada tezliklə bütün Azərbaycan işğal olundu.Lakin Azərbaycanin müxtəlif yerlərində milli qüvvələr isgalciliqla barışmır,silahlı üsyanlar qaldirirdilar.Bu üsyanlar yatirilsada xalqımızın mübarizə ruhu hər zaman yaşadılmisdir.
Azərbaycan Xalq Cumhuriyyəti və onun qoruyucularından olan M.Rəsulzadə,F.Xoyski, Ə.Topcubasov və digər Cumhuriyyət idealarını yaşadan oğullarımız və onlarla birgə mübarizə aparan Nuru paşa və Osmanlı dövlətinin mərd oğullarının xatirəsini əbədiləşdirmək üçün yaradılan simvolik pul vahidi Respublikamizin və Türkiyə Cümhuriyyətinin Azərbaycan Xalq Cümhuriyyətinə olan hörmət və diqqətidir.Simvolik pul vahidi həmdə qardaşlıq və dostluğun ən böyük göstəricsiidir.
Tarix müəllimi: Nərgiz Qocayeva