“MDB-nin yaranmasının 25 illiyinə” həsr olunmuş multikulturalizm layihəsi keçirilmişdir

Mayın 19-da Təhsil Nazirliyi və İTE – “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin birgə “Mentorluq xidməti” layihəsi çərçivəsində “MDB-nin yaranmasının 25 illiyinə” həsr olunmuş multikulturalizm layihəsi keçirilmişdir. Tədbiri məktəbin direktoru Nərminə Ağayeva açmışdır.Artıq iki aya yaxındır ki, məktəbimizdə mentorluq üzrə xidmət göstərən Şəlalə Məhərrəmovanın təlim keçdiyi rus dili müəllimlərindən olan Səidə Ağayeva məhz mentorluq xidməti çərçivəsində yiyələndiyi bacarıqlarını layihə şəklində nümayiş etdirdi. Layihədə MDB ölkələrinin mədəniyyəti, milli xörəkləri, geyimləri, rəqsləri və şeirləri təqdim olunmuşdur. Festivalda Təhsil Nazirliyi və İTE – “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi və İcra Hakimiyyəti nümayəndələri iştirak etdilər və tədbirin sonunda layihə barədə öz müsbət təəssüratlarını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi