" Sönməyən ulduzlar " layihəsinin bağlanış tədbiri

Azərbaycan və Türkiyə ölkələri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və Türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi" Bir millət, İki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir.
Bu qardaşlıq münasibətini özündə ehtiva edən eTwinning "Sönməyən ulduzlar" layihəsinin bağlanış mərasimi münasibətilə "Azərin ilə tək yürek" adlı tədbir keçirildi. Tədbirdə BŞTİ müdiri Mehriban Vəliyeva, Azərbaycan Respublikası millət vəkili Könül Nurullayeva,  Azərbaycan Respublikası Təhsil Nazirliyi TSİİ şöbə müdiri Fidan Nəcəfova, etwinning məsul işçi Natavan Bədəlova, etwinning səfir Ofeliya Qafarova, qardaş Türkiyədən Balikesir İl Milli Eğitim Müdiri Yakup Yıldız, Eskişehir İl Milli Eğitim Müdiri Hakan Cırıt, UDS eTwinning sorumluları, Şanlıurfa Karakörpü, Manyas,  Bandırma, Bitlis Güroymak, Mersin Gülnar, Tekirdağ Çorlu İl Milli Eğitim müdir ve müdir yardımcıları, məktəb direktor, direktor müavinlərinin, müəllim və şagirdlər iştirak edirdilər. 
Azərbaycanın xalq artisti, sevimli sənətkarımız Azərinin gəlişi tədbirə xüsusi zövq verdi. Səsləndiyi "Çırpınırdı Qara dəniz" ifası ürəkləri titrətdi. Dəyərli qonaqlar öz çıxışlarında Türkiyə Azərbaycan dostluğunun, qardaşlığının tarixi köklərindən, sarsılmazlığından, əbədi olacağından danışdılar. Sonda layihə iştirakçılarının ortak iş videoları təqdim olundu.
Azərbaycan Türkiyə qardaşlığı hər daim əbədi və sarsılmazdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi