Sönməyən ulduzlar

Vətən dünyaya göz açdığımız doğma od-ocaqdan, məndən, səndən, bizdən, elə özümüzdən başlanır. Hər kəs öz sevgisi, məhəbbəti, varlığı ilə Vətənini öz şəxsiyyətində,mənində yaşatmalıdır. Yaşatmalıdır ki, Vətən yaşasın!

Məhz vətən sevgisi, vətənpərvərlik dəyərlərini şagirdlərə aşılamaq məqsədilə layihə qurucuları 220 saylı məktəb-liseyin ibtidai sinif müəllimi Fidan Əliyeva və Türkiyə Cumhuriyyəti Bandırma ilkokul müəllimi Raziye Güneş  Etwinning " Sönməyən ulduzlar " adlı layihədə birləşdilər. İki dövlət ,tək millət deyib , iki qardaş ölkənin 19 müəlliminin iştirak etdiyi bu layihə başladı. Layihəin əsas məqsədi " Sönməyən ulduzlarını "- vətən üçün,xalq üçün yaşayan şəxsiyyətlərini, qəhrəmanlarını ziyalılarını öyrənmək,onların xatirələrini əbədiləşdirmək oldu.

İlk öncə " Tarihe iz bırakanlar " adlı başlıqla şagirdlərə iki ümummilli liderin heydər Əliyev və Mustafa Kamal Atatürkün vətənpərvərlik ideologiyası aşılandı. Bu zaman dahi liderlərin vətənpərvərlik örnəyi olan həyat və fəaliyyətləri , vətən sevgiləri, xalq üçün gördüyü işlər öyrənildi.

Tarixdə iz qoyan , xalqı üçün yaşayıb, yaradan digər şəxsiyyətlərin də vətənsevər davranışları şagirdlərə aşılandı.

Bənna külüngü ilə, alim elmi ilə, tarixçi üzə çıxartdığı doğruları ilə, analar böyütdüyü nəcabətli övladları ilə, oğullarımız mərdliyi, qeyrətiylə, şair, yazıçı da qələmi ilə əsl vətəndaşdır. “ Qələmləri ilə dillərə dastan olanlar ” adlı başlıqla şagirdlərə vətən sevgisini öz əsərlərində əks etdirən , öz yaradıcılığı ilə aşılayan şəxsiyyətləri öyrəndik.

İlk növbədə ölkənin müstəqillik rəmzləri olan himnlərin müəllifləri Əhməd Cavad və Mehmet Akif öyrənildi. Onların həyat və yaradıcılıqları müxtəlif şəkildə təqdim olundu.

Mövzuya uyğun olaraq iki ölkənin tanınmış yazıçı və şairi ilə görüş təşkil olundu. Türkiyənin tanınmış yazıçısı Metin Özdamarlar yazdığı əsərlərdə əks olunan “Vətən  nədir? ” “ Vətən sevgisi haradan başlanır? ”  mövzusunu şagirdlərə çatdırdı.

Azərbaycan şöhrət ordenli , xalq şairi Baba Vəziroğlu ilə “Vətən bir günəşdir, biz də zərrəsi” adlı görüş təşkil olundu. Görüşdə sevimli şair vətən sevgisini tərənnüm edən şeirlərini səsləndirdi. İki qardaş ölkənin birliyindən , şanlı qələbəmizdən, müzəffər ordumuzdan danışdı. Şagirdlərin suallarını cavablandırdı.

Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya sonsuz bağlılığımızdır.Vətənə olan borcunu ödəməkdir vətənpərvərlik. Bu təkcə sözdə deyil, əməldə də olmalıdır.Vətənpərvərlik  ilahi bir sevgidir, hər kəsə nəsib olmur. Mübariz, Fərid, Polad, Xudayar, Cəbrayıl kimi oğullarımız canlarını Vətən yolunda qurban verdilər. Deməli, əsl vətənpərvər insan ölümün gözünə dik baxandır. Onlar ən uca zirvəyə yüksələrək qəlbimizdə əbədi yanan “Sönməyən ulduzumuz ’ oldular.

Layihə çərçivəsində Qarabağ və Çanaqqala şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə məktəbin ən gözəl güşələrinin birində “Sönməyən ulduzlar ” bağçası salındı. Layihədə iştirak edən 4a, 4b,4e, 2e, 2c sinif şagirdləri ağacəkmə aksiyasında 40-a yaxın ağac əkdilər. Həm Qarabağ, həm də Çanaqqala şəhidlərinin ruhları 1 dəqidəlik sükutla yad edildi, onların adları yazılmış vərəqlər nümayiş olundu, hər iki dildə şəhidlik zirvəsini təcəssüm etdirən şeirlər səsləndi.

18 Mart Çanaqqala zəfərinin anım günü münasibətilə Türkiyədə göndərilən torpaqlar ağacların dibinə töküldü. Bağçanın qarşısına anım lövhəsi qoyuldu. “Sönməyən ulduzlar ” bağçasının açılışında məktəbin direktoru Lətifə xanım başda olmaqla, bütün rəhbər heyət və layihə iştirakçıları iştirak edirdilər.

Eyni zamanda Türkiyədə də Qarabağ şəhidlərinin xatirələrinə ağaclar əkilib, şəhidlərin qəhrəmanlıqlarından danışılıb , anım lövhəsi qoyulub. Vətənpərvərlik özü üçün deyil, eli üçün yaşamaqdır. Bu gün üçün deyil, gələcək üçün yaşamaqdır. Bu layihədə hələ görülməli çox işlərimiz var. Öyrənməli olduğumuz çox  “ Sönməyə ulduzumuz ”  var. Ancaq hər nə qədər də etsək  ,onların etdiklərini bir layihəyə sığdırmaq mümkün deyil.

İki qardaş ölkənin iki dost məktəbinin yeni layihələrdə bir yerdə olmaq sevinci ilə...

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi