Gələcəyə inamlı addımlarla

               Qoca şərqin qapısı, doğma Azərtbaycan!

             Dünyanın siyasi xəritəsində yeni adlar yarananda, yeni sərhədlər cızılanda və xalqın istiqlal savaşı alovlananda da ölkəmiz  xain əllərdə qaldı. Qədim bir ərazini, qədim bir xalqı cəng meydanında tarixi sınağa çəkdilər, torpaqlarını azadlıq uğrunda mübarizəyə qalxanların qanı ilə suvardılar.

             Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi xalqımızın ən böyük tarixi müvəffəqiyyəti oldu. 1989-cu ildən başlayan milli azadlıq hərəkatı uzun illər xaricdə yaşayan xalqımız arasında da milli oyanış, milli özünüdərk hissləri yaratdı.

             Azərbaycan dünyada iri infrastruktur layihələri həyata keçirən ölkə kimi tanınır. Milli inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da  yaxşılaşdırılmasına xidmət edir.

             Ölkənin davamlı sosial-iqtisadi inkişafı iri infrastruktur layihələrinin reallaşdırılmasını zəruri edir. Ölkəmizdə milli maraqlara əsaslanmaqla həyata keçirilən iqtisadi siyasət, inkişaf strateqiyası respublikamızın hərtərəfli inkişafında yeni mərhələ açmışdır. Qısa müddətdə reallaşdırılması inanılmaz görünən qlobal və regional layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu gücləndirmişdir.

              Azərbaycan regiondakı sosial-iqtisadi inkişafı və siyasi təkamülə xidmət edən qlobal iqtisadi layihələrin gerçəkləşməsi istiqamətində ardıcıl addımları və sülhsevər siyasəti bu ideyanın reallaşmasına əlverişli zəmin yaratdı.

             Müasir dövrdə strateji inkişaf xətti kimi demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı yolunu seçən Azərbaycan Respublikası dünya təcrübəsində uğurla sınaqdan keçmiş ümumibəşəri dəyərlərdən faydalanmağa çalışır, özünün geniş iqtisadi potensialını hərəkə gətirmək məqsədi ilə inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını və maliyyə imkanlarını cəlb edir, onlarla qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirir.

           Azərbaycan dünyada ən böyük infrastruktur layihələrinin gerçəkləşdirən dövlət kimi tanınmaqdadır.

           Azərbaycan ötən il iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişafının keyfiy-yətcə yeni mərhələsinə qədəm qoymuşdur. Bu mərhələdə qarşıya qoyulan əsas məqsəd milli iqtisadiyyatında yanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun daha da    gücləndirilməsi, liberallaşma prosesinin dərinləşdirilməsidir.  Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatlar həyata   keçirmək, inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməkdir.  Son 7 ildə uğurla davam etdirilən iqtisadi siyasət vətəndaşların mənafeyinə tam cavab verir.

             Milli inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən analoji proqramın hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.

              Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün qarşıdakı müddətdə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi, yoxsulluğun səviyyəsinin azaldılması və digər zəruri tədbirlər nəzərdə tutulur. II Dövlət Proqamının qəbul edilməsindən ötən qısa dövrdə görülən irimiqyaslı işlər böyük nəticələrə gətirib çıxarmışdır.

             

               Ölkənin davamlı sosial-iqtisadi inkişafı iri infrastruktur layihələrinin reallaşdrılmasını zəruri edir. Regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2003-2010-cu illərdə regionlarda 1500 kilometrə yaxın magistral yollar çəkilmiş və ya əsaslı təmir edilmiş, 800 kilometr respublika əhəmiyyətli, 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılmışdır. Quba-İspik-Xınalıq, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Gəncə-Qazax, Hacıqabul-Kürdəmir, Biləsuvar-İran İslam Respublikasının dövlət sərhədi avtomobil yolları yenidən qurularaq istismara verilmişdir.

          Bütövlükdə son illər ərzində yol tikintisinə çox böyük diqqət göstərilir və bu işlərlə məşğul olan dövlət qurumları, özəl şirkətlər bütün işləri yüksək peşəkarlıqla görür. Bu işlər göz qabağındadır. Bütün bunları danmaq,görməmək mümkün     deyildir. Azərbaycan vətəndaşları hər gün görülən bu işləri görürlər və ondan istifadə edirlər".

         Ölkəmizdə milli maraqlara əsaslanmaqla həyata keçirilən iqtisadi siyasət, inkişaf strategiyası   respublikamızın hərtərəfli inkişafında yeni mərhələ açmışdır. Qısa müddətdə reallaşdırılması inanılmaz görünən qlobal və regional layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu gücləndirmişdir.Azərbaycan dünyada ən böyük infrastruktur  layihələrini gerçəkləşdirən dövlət kimi tanınmaqdadır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi