QARDAŞ TÜRKİYƏ İLƏ BİRGƏ LAYİHƏ

Şagirdlərimizin şəxsiyyət kimi formalaşmasında onların məktəbimizin ictimai həyatında, ölkə və beynəlxalq layihələrdə iştirakının rolu danılmazdır. Pandemiya dövründə şagirdlərin aktivləşməsi üçün bu layihələrdə iştirakın çox böyük əhəmiyyəti vardır. Son illərdə qoşulduğumuz eTwinning beynəlxalq layihələrdə 3 Milli və Avropa Keyfiyyət Nişanı qazanmışıq. Hər üç layihədə ortaqlarımız qardaş Türkiyə, habelə digər ölkələrin müəllim və şagirdləri olublar.
Bu il qoşulduğumuz növbəti layihə "Uçur hayallerini" ("Uçur xəyallarını") adlanır. İki qardaş ölkədən - Türkiyə və Azərbaycandan olan 9 ortaq müəllim, 62 şagirdin qoşulduğu bu maraqlı layihənin qurucuları Çağlar Aktürk və Duygu Galindir. Milli-mənəvi dəyərlərin qorunmasına, estetik zövq və təfəkkürün inkişafına xidmət edən layihə işlərini türkiyəli şagirdlər, müəllimlərlə birgə həyata keçiririk. Biz qardaş Türkiyədəki müxtəlif məktəblərin şagird, müəllimləri ilə keçirilən onlayn toplantılarda bir-birimizlə tanış olur, müxtəlif yarışlarda iştirak edir, tanınmış mütəxəssislərin söhbətlərini dinləyirik. Milli uşaq oyunlarımızın tarixinə aid birgə araşdırmalar aparırıq.
"Uçur hayallerını" eTwinning layihəsinin hər bir iştirakçısına uğurlar diləyirik.