Beynəlxalq Təhlükəsiz İnternet Günü

9 Fevral Beynəlxalq Təhlükəsiz İnternet günü münasibətilə qardaş Türkiyə məktəbləri və 220 nömrəli məktəb – lisey arasında məktəbin müəllimi Alıyeva Fidan tərəfindən onlayn görüş təşkil olundu. “ Sönməyən ulduzlar ” adlı görüşdə məktəbin 4e, 4g, 4a, 2c, 1e sinif şagirdləri və müəllimləri iştirak edərək internetin faydalarını, zərərlərini, yararlana biləcəkləri səhifələri müzakirə etdilər.
ETwinning layihəsi çərçivəsində Alıyeva Fidan müəllimin təşkilatçılığı ilə təşkil olunmuş “ Qarabağdan Edirnəyə könül körpüsü ” adlı görüşdə də 4e sinif şagirdləri iştirak etdilər. Görüşdə Türkiyənin internet ekspertləri Mustafa Şimşək və Serap Erdeniz öz təqdimatları ilə internetdən istifadə qaydaları, internetin faydalı və zərərli tərəfləri haqqında məlumat vermişlər.
9 fevral Beynəlxalq Təhlükəsiz İnternet günündə 4e sinfinin bir neçə şagirdi Təhsil Nazirliyi Edtech Azərbaycan komandası tərəfindən keçirilən onlayn imtahanda yüksək nəticə göstərərək “ Təhlükəsiz İnternet Eksperti ” adı ilə təltif olunmuşlar.