“Mavi rəngin izi ilə -Türkçülüyün kökü” adlı açıq dərs keçirildi

9 noyabr Bayraq bayramı münasibəti ilə ibtidai sinif müəllimi Əliyeva Fidanın sinif rəhbəri olduğu 3-cü sinifdə açıq dərs keçirilmişdir. Sinfin tərtibat dizayn işləri görüldü. Məktəbin rəsm müəllimi ilə birgə foyeni alaçıq, çadır formasında qurmuşdular. Sinfin içərisində isə tam türkçülük elementləri, arnamentləri, rekvizitlər, divardan asılmış heyvan dəriləri, qədim kilim nümunələri, üzəri oyma ilə işlənmiş təbii mis qablar, qədim türk musiqi alətləri, arxa divarda iri Soykökü ağacı və s. türkçülük abu havasını yaradırdı. Dərs dövlət bayrağının əsgər övladlar tərəfindən sinfə gətirilib hərbi and mərasiminin keçirilməsi ilə başlandı. Onlar bayraq qarşısında əyilib bayrağa and içdilər. Onu öpüb müqəddəsliyini bir daha vurğuladılar. Dərs nəticəsində uşaqlar Azərbaycan Respublikasının atributları haqqında geniş bilik və bacarığa malik olduqlarını nümayiş etdirdilər. Açıq dərsin keçirilməsində əsas məqsəd kimi uşaqlara öz köklərini tanıtmaq, niyə türk adlandırıldıqlarını müəyyən etmək, türk birliyini aşılamaq oldu. Bir aylıq layihə çərçivəsində uşaqlar verilmiş tapşırıqlar üzrə informasiya topladılar. Onları mütəmadi olaraq müzakirə edib, təhlil işləri aparırdılar.