Əhmədiyyə Cəbrayılov

Keçmişi qəhrəmanlıq salnaməsi ilə zəngin olan xalqımızın igidləri haqqında dastan yazmaq üçün aylar,illər lazım olardı. Bu qəhrəman oğullardan biri də, nəinki sovetlər İttifaqında, eləcə də Avropada məşhurlaşmış, həyatını müharibələrdə, döyüşlərdə keçirmiş Əhmədiyyə Cəbrayılovdur.
Əhmədiyyə Cəbrayılov 22 sentyabr 1920-ci ildə Şəki rayonu Oxut kəndində anadan olmuşdur. Böyük Vətən Müharibəsinin başlanması ilə könüllü olaraq cəbhəyə yollanır
1942-ci ilin aprelində Ukraniya Donbos şəhərinə göndərilir və orada 350-ci polkun siyasi rəhbərliyinin köçəkçisi təyin olunur.
O, Ukraniyanın Barvik-Lozovayo-izyum rayonu ətrafındaki döyüşlərdə iştirak edir, baş leytenant rütbəsi alır.
1942-ci ildə döyüşlərin birində ağır yaralanır və almanlara əsir düşür. Bir neçə dəfə əsirlikdən qaçmağa cahd göstərir və nəhayət əsirlikdə olan bir neçə fransızlarla əlbir olaraq qaçır.
Ə.Cəbrayılov 1944-cü ildən fransız partizanlarına qoşulur və Fransa hərakatının iştirakçılarından biri olur. O, Fransız ordusunun tərkibində Armed Mişel, Xarkor, Rus Armed adı altında bir çox məşhur döyüşlərdə iştirak edir.
1946-cı ildə Əhmədiyyə vətənə qayıtmaq qərarına gəlir. Fransa onun hərbi şucaətlərini qiymətləndirir. O, Fransanın 8 hərbi mükafatı ilə təltif olunur, o cümlədən şəxsi igidliyə görə "Hərbi medal"ı ilə (bu medal sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verir) təltif olunur. 1946-cı ildə Fransız generalı Şarl de Qollun köməyi ilə SSRİ-yə qayıdır. Burada o, vətən xaini kimi qəbul olunur və mükafatlarının bir hissəsi əlindən alınır.
1966-cı ildə Fransa prezdenti Şarl de Qollun SSRİ-yə səfəri zamanı Ə.Cəbrayılovu görmək istədiyini bildirmiş və o, Moskvaya cağırılmışdır. 1968-ci ildə sovet hökuməti tərəfindən "Vətən xaini" adı onun üstündən götürülür və bəraət verilir.
O, Şəki rayonunda baş aqronom işləyir və 1971-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur. Onun bir çox Fransa, SSRİ və Rusiya mükafatları vardır. O, 1994-cü il 10 oktyabrda Şəkidə yol qəzasında həlak olur.
Azərbaycan Respublikasının Prezidentinin "Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi haqqında" 11 avqust 2020 - ci il tarixli sərəncamı və Azərbaycan Respublikası Təhsil nazirinin 16 avqust 2020 ci il tarixli F-435 nömrəli əmrə əsasən 220 saylı məktəb-liseyin tarix müəllimləri bir çox siniflərdə qəhrəman döyüşçünün həyatı və döyüş yollarına həsr olunmuş onlayn açıq dərslər təşkil etmişlər.